Ətin qiyməti niyə bahalaşıb?

Yeni il bayramı günlərində ölkədə ətin qiymətinin artması müşahidə olunub.

TIME Trend-ə istinadən bildirir ki, hazırda paytaxtın bəzi sallaqxanalarında dana ətinin 1 kiloqramı 14-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

Satıcılar bildiriblər ki, ətin bahalaşmasının səbəbi bayramda bu məhsula tələbatın artması ilə əlaqəlidir.

Satıcılar bildiriblər ki, qiymətin bahalaşması müvəqqətidir. Hesab edirlər ki, növbəti həftədən ətin qiyməti yenidən ucuzlaşacaq.

Leave a Reply