Transsərhəd çaylarda suyun keyfiyyətinə avtomat rejimdə nəzarət sistemi genişləndirilir

Ölkə ərazisində transsərhəd və yerli çayların keyfiyyət göstəricilərinin monitorinqi məqsədilə 86, su ehtiyatlarının vəziyyətini qiymətləndirmək üçün isə 68 hidroloji müşahidə məntəqəsi mövcuddur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, son 2 il ərzində ölkəmizdə 40 avtomat su sərfi və səviyyə ölçən hidroloji stansiya quraşdırılıb. O cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonu ərazisində 11 avtomat hidroloji stansiya quraşdırılıb ki, onların 4-də Ermənistandan daxil olan transsərhəd çaylarda suyun keyfiyyətinə avtomat rejimdə nəzarət etmək üçün sensorlar mövcuddur.

“Avtomat stansiyalardan fasiləsiz daxil olan informasiya Milli Hidrometeorologiya Xidmətinin Situsiya Mərkəzində vizuallaşdırılır və operativ proqnozlar tərtib edilərək məlumatlar hazırlanır”.

Xidmət rəsmisinin sözlərinə görə, 2026-cı ilə qədər avtomatlaşdırılmış müşahidə məntəqələrinin sayının 55-ə çatdırılması gözlənilir. Bu isə yaxın illərdə hidrometeoroloji fəaliyyətin səmərəliliyini daha da artırmaq üçün yaradılması nəzərdə tutulan Erkən Xəbərdarlıq Sisteminin müasir tələblərə uyğun fəaliyyət göstərməsinə imkan verəcək.

Leave a Reply