Nazir Mikayıl Cabbarov KOBİA-nın fəaliyyəti ilə bağlı Twitter hesabında paylaşım edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Twitter hesabında KOBİA-nın fəaliyyəti ilə bağlı paylaşım edib.

TIME bildirir ki, nazir paylaşımda KOBİA-nı yaradılmasının 5 illiyi münasibətilə təbrik edib.

“Ölkəmizdə kiçik və orta biznesin inkişafının dəstəklənməsini, səmərəli mexanizmlərin tətbiqi ilə iqtisadiyyatda rolunun möhkəmləndirilməsini təmin edən qurumun – KOBİA-nın yaradılmasının 5 illiyi münasibətilə təbriklərimizi çatdırır və uğurlar arzulayırıq”, – deyə nazir qeyd edib.

M. Cabbarov digər paylaşımında sahibkarlara pandemiya dövründə göstərilən dəstəklə bağlı məlumat verib.

“2020-ci ilin iyun ayından bu ilin 1 dekabrınadək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 39,2 mln. manat vəsait ödənilib”, – deyə o qeyd edib.

Leave a Reply