Sahibkarlara il ərzində 67,9 mln.manat subsidiya ödənilib

Sahibkarlığın İnkişafı Fonduna 6.333 müraciət daxil olub.

TIME bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində paylaşımında yazıb.

1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6.333 müraciət daxil olub. Bunlardan 5.047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 mln. manat təşkil edir və bunun da 67,9 mln. manatı sahibkarlara ödənilib.

Leave a Reply