Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib

Prezident İlham Əliyev A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə A.Q.Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Sərəncama əsasən Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib və Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Leave a Reply