Sadə kənd qadının ifasında “Dilbərim” mahnısı YouTube auditoriyasını heyrətləndirib – VİDEO

Azərbaycanın “Dilbərim” mahnısı sadə kənd qadının ifasında YouTube auditoriyasını heyrətləndirib.

TIME bildirir ki, iki gün ərzində 6,4 min dəfə baxılan videoda təbii gözəlliyi və istedadı olan azərbaycan xanımının gündəlik ağır işini gördüyü zaman, müsiqi müşahiyyəti olmadan ifa etdiyi “Dilbərim” mahnısı heyran edir.

Xanımın səs müsabiqələrində, səhnələrdə və ya ən azından el şənliklərində oxuması gərəkən yerdə o kənd təsərrüfatı məhsullarını çeşidləyir.

Gördüyünüz video Azərbaycan xalqının nə dərəcədə istedadlı və gözəl olduğunu təsdiqləyir.

“Dilbərim” mahnısı Azərbaycanın korifeyləri Xan Şuşinskinin, məşhur müğənni (mezzo-soprano) Rubaba Muradovanın və digər səsləri iıə seçiən tanınmış mügənnilərin ifasında tanınıb.

Leave a Reply