Qız uşaqlarına görə sosial müavinətin verilməsi təklif edilir

Demorqafik natarazlığın qarşısnın alınması üçün doğulan qızlara görə sosial müavinətin verilməsi gərəkdir.

TIME bildirir ki, təklif Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahir Oruc tərəfindən parlamentin bu gün keçirilən iclasında irəli sürülüb.

Komitə sədri qeyd edib ki, oğlan uşaqlarının sayının çoxalması, demorqafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müavinətin verilməsi gərəkdir.

“Hazırda dövlət siyasətini həyata keçirən rəsmi dövlət qurumunun – AQUPDK-nin səlahiyyətlərini yeni vəzifələrə və tələblərə uygunlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün “Ailə Məsələləri Nazirliyi”nin yaradılması vacibdir. Qadınların rolunun artırılması və Konvensiyanın tam həyata keçirilməsi sahəsində effektiv fəaliyyətinin təkmilləşdirilməsi üçün bu qərar arzuolunandır.

Ölkədə “Ailə psixoloqu” mütəxəssislərinin hazırlanması vacib məsələyə çevrilir. Baş verən intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stresin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması ilk addımlar sırasında olmalıdır”, – deyə Z.Oruc qeyd edib.

Leave a Reply