“ƏN TEZ xidmət” konsepsiyası hansı məqsədlərə qulluq edir?

Ədliyyə Nazirliyi tərəfindən “ƏN TEZ xidmət” konsepsiyası hazırlanıb.

TIME bildirir ki, Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ədliyyə sahəsində tətbiq olunan yeni rəqəmsal innovasiyaların ictimai təqdimatında deyib ki, “ƏN TEZ xidmət” artıq istifadəyə verilib.

“Vahid məkanda cəmləşən və rəqəmsallaşan xidmətlərin smart texnologiyaları əsasında daha sürətləndirilmiş şəkildə əhaliyə təqdim edilməsi, həmçinin sosial-iqtisadi inkişafın Milli Prioritetlərindən biri olan Böyük Qayıdışa uyğun işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-qurucluq tədbirləri çərçivəsində bu ərazilərdə xidmətlərdən daha operativ yararlanması qarşıya qoyulan hədəflər sırasındadır. Məhz bu hədəflərə nail olunması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən ƏN TEZ konsepsiyası hazırlanıb. Bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətləri olduqca sürətləndirimiş rejimdə göstərilməsini şərtləndirir”, – deyə o qeyd edib.

İdarə rəisi bildirib ki, həmin sürətə nail olmaq üçün respublikada fəaliyyət göstərən bütün yerli ədliyyə orqanları həmin xidmət şəbəkəsinə cəlb olunacaq və vətəndaşın müraciəti zamanı həmin vaxtı işi nisbətən az olan qurum onun icrasını təmin edəcək.

“ƏN TEZ, açıqlamasını versək, Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng, xidmətinin özəlliyi müraciət edən şəxsdən hər hansı sənəd yaxud elektron imza tələb etmədən sadəcə operatora bir videozəng etməklə xidmətlərdən məsafədən yararlanmasındadır. Yeni infrastrukturların yaradılmasını, habelə əlavə işçi qüvvəsinin cəlb edilməsini istisna edən bu konsepsiya izafi xərclərin qarşısını almaqla yanaşı müxtəlif ədliyyə xidmətlərindən eyni zamanda yararlanmasını təmin edəcək”, – deyə o əlavə edib.

Leave a Reply