Hərbi texnika və silah-sursat istehsalı və satışı ilə hansı şirkətlər məşğul ola bilər?

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilir:

– birinci abzasdan “hərbi silah və sursatların istehsalı və satışı,” sözləri çıxarılsın və həmin abzasda “, partlayıcı maddələrin və partlayıcı qurğuların” sözləri “maddələrin” sözü ilə əvəz edilsin;

– ikinci abzas üçüncü abzas hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir.”.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Leave a Reply