Azərbaycanda ehtiyac meyarı 23% artırılır

Azərbaycanda ehtiyac meyarının həddi artırılır.

TIME Trend-ə istinadən bildirir ki, bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır.

Qeyd edək ki, 2022-ci il üçün ehtiyac meyarı 200 manat təşkil edib.

Leave a Reply