Dövlət büdcəsinə vergi daxilolmaları 64,5% artıb

Azərbaycanda ilin əvvəlindən dövlət büdcəsinə daxilolmalar 64,5% artıb.

TIME bildirir ki, bu məlumat ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Twitter hesabında bu gün paylaşıb.

“2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10.451,4 mln. manat təşkil edib. Bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.097,0 mln. manat və ya 64,5% çoxdur. Vergi daxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir”, – deyə nazir tvitində qeyd edib.

Nazir onuda qeyd edib ki, mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar 5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənilib.

“1 oktyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar kredit qalığı 858,4 milyon manat olan 5 035 müraciətə baxılaraq 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib. 5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənilib”, – deyə nazir tvitində yazıb.

Leave a Reply