Ruhəngiz Qasımovanın cənazəsi yaxın günlərdə Honkonqdan Bakıya gətiriləcək

Tanınmış bəstəkar, dramaturq, publisist və şairə, Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vəfatı ilə əlaqədar onun Honkonqda yaşayan qızı Canana xanımla əlaqə saxladıq və Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat yayıb.

Onun sözlərinə görə, mərhumun qızı bildirib ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir-iki günə yola çıxmağı düşünürlər.

Canana xanım heç bir köməyə ehtiyac olmadığını da bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Qasımova 82 yaşında Honkonqda vəfat edib.

Leave a Reply