Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib

“Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 448-VIQ Qanunu ilə turizmlə bağlı əsas anlayışların mənaları, turizmin forma və növləri təkmilləşdirilmiş, Turizm Reyestrinin aparılmasının yeni tənzimlənmə mexanizmləri müəyyən edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, turoperator və turagentlər mülki məsuliyyətin sığortası barədə məlumatları , Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatların 15 gün müddətində Turizm reyestrinə daxil edilməsi müəyyən edilib.

Bununla əlaqədar Nazirlər Kabinetinin Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə” 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilib. Reyestrə daxil edilməli məlumatlar siyahısına turoperator və turagentlərin mülki məsuliyyətin sığortası, hotellərin ulduz kateqoriyası ilə bağlı məlumatlar  əlavə olunub.

Leave a Reply