İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinə qəlib. Səfər çərçivəsində Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamladı. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyeva təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Bun gün Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Dövlətimizin başçısına Müstəqillik abidəsi barədə məlumat verilib. Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.

Leave a Reply