“Yura dövrü dünyası: Hökmranlıq” fantastik filminin təqdimatı keçirilib

Yay kinoteatrında, açıq səma altında “Yura dövrü dünyası: Hökmranlıq” əfsanəvi fantastik filminin təqdimatı keçirilib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, kinoteatr sanki keçmişə, yalnız dinozavrların hökm sürdüyü dünyaya qərq olub. Bitkilərin bolluğu, filmə özəl dekorasiyalar öz sözünü deyirdi. Dinozavrın peyda olması qonaqların böyük marağına, emosiyalar fırtınasına səbəb olub və onlar özlərini filmin qəhrəmanları kimi hiss edə biliblər.

Filmin rejissoru Kollin Trevorroudur. Baş rollarda Diçen Lakmen, Brays Dallas Hovard və Kris Pratt çəkiliblər.

Nublar adası dağıldıqdan sonra dinozavrlar sərbəst buraxılaraq planeti zəbt etdilər. İnsanlar Yer kürəsində yanaşı dinc yaşayışı şərtləndirən incə tarazlığı qoruyub saxlaya bilirlər. Bəs insan nə vaxta qədər tarixin ən qorxulu varlıqları ilə çiyin- çiyinə yaşayaraq öz hökmranlığını qoruyub saxlaya biləcək?

Qeyd eək ki, “Yura dövrü dünyası: Hökmranlıq” filmini Azərbaycanda ən son 4DX
texnologiyası ilə izləyə bilərsiniz.

Leave a Reply