Orta aylıq əməkhaqqı 41% artaraq 768 manat olub

Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 41% artıb.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, ölkəmizdə son 4 ildə aparılan ardıcıl köklü sosial islahatların mühüm bir istiqaməti də əməkhaqlarının artırılması olub.

Həmin dövrdə minimum əməkhaqqı 2,3 dəfə artırılaraq 300 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 41% artaraq 768 manata, median əməkhaqqı 85% artaraq 410 manata çatıb.

Minimum əməkhaqqının və median əməkhaqqının orta aylıq əməkhaqqına nisbətləri müvafiq olaraq 24%-dən 40%-ə və 41%-dən 53%-ə yüksəlib.

Leave a Reply