Abituriyentlər məşqçilik üzrə qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə bilərlər

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, abituriyentlər Bakıda fəaliyyət göstərən 61-ci Qabiliyyət İmtahanı Komissiyası (Məşqçilik) üzrə “İmtahana buraxılış vərəqələri”ni artıq çap edə bilərlər. İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:

–      imtahana buraxılış vərəqəsini; 

–     sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);

–      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

–  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Leave a Reply