Bu gün məktəblərdə “Son zəng” çalınıb

14 iyun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunub.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

2021-2022-ci tədris ilində 100 529 uşaq məktəbəhazırlıq qrupunu başa vurub.

Təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Könül Məmmədli məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. Könül Məmmədli rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 1267 şagirdin təhsil aldığını, onlardan 50 nəfərin bu il məzun adını qazandığını diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara nailiyyətlər arzulayıb. Emin Əmrullayev ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü də qeyd edib. 

Təhsil naziri daha sonra 2021-2022-ci tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışıb. Nazir görülən işlərin əsas məqsədinin hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb.

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. 

Məzunlarla fotolar

Leave a Reply