“Min bir gecə” baleti nümayiş olunacaq

Gəncə Dövlət Filarmoniyasında “Min bir gecə” baleti nümayiş olunacaq.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış, görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında 2022-ci il 15 mart tarixli Sərəncamın icrası məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilməkdə davam edir.

Bu məqsədlə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə bəstəkarın “Min Bir Gecə” baleti cari ilin 20 iyun tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında nümayiş olunacaq.

Leave a Reply