Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri açıqlanıb

9 iyun saat 17:00-da lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu başa çatacaq.

TIME    rəsmi mənbəyə istinadən bildirir ki, proses şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (https://sy.edu.az) həyata keçirilir. Bu mərhələdə sorğu yerləşdirilməli və buraxılış vərəqi əldə edilməlidir. Qeydiyyat buraxılış vərəqi əldə edildikdən sonra tamamlanmış hesab edilir.

Qeyd edək ki, lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:

∙ 17 iyun – V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);

∙ 18 iyun – VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);

∙ 19 iyun – VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);

∙ 20 iyun – VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

Leave a Reply