Türkiyə böyük rebrendinq etdi

Artıq “Made in Turkey” əvəzinə “Made in Turkiye” istifadə olunacaq.

TIME Haberturk-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən ixrac məhsullarında hər cür fəaliyyət və yazışmalarda “Türkiyə” ifadəsinin marka olaraq istifadə ediləcək.

Türk millətinin köklü tarixindən gələn dəyərlərə böyük önəm verildiyi bildirilən sənəddə “Türkiyə” brendinin ölkənin əsas brendi kimi qəbul edildiyi vurğulanır. Beləliklə, artıq Turkey, Turkei, Turquie ifadələri istifadə edilməyəcək.

“Türkiyə türk millətinin mədəniyyətini, sivilizasiyasını və dəyərlərini ən yaxşı şəkildə təmsil edir və ifadə edir. Bu kontekstdə ixrac məhsullarımızda “Made in Turkey” əvəzinə “Made in Turkiye” ifadəsi istifadə edilib və beynəlxalq ticarətdə ölkəmizin qüruru olan məhsullarımız “Türkiye” ifadəsi ilə təqdim edilib. “Türkiye” brendi bundan sonra dövlətimizin və millətimizin minillik təcrübəsini hər bir sahədə təmsil etmək məqsədi daşıyır”, – deyə sənədə qeyd edilib.

Bu çərçivədə ‘Türkiyə’ markasının gücləndirilməsi çərçivəsində hər cür fəaliyyət və yazışmalarda, xüsusilə digər dövlətlər və beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə Turkey, Turkei, Turquie və s. İfadələr yerinə “Türkiye” ifadəsinin istifadəsində lazımi həssaslıq göstəriləcək.

Leave a Reply