Bakının bir neçə mərkəzi küçələri nəqliyyatın hərəkəti üçün bağlanır

Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 1 iyun tarixində gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanacağı ilə bağlı xəbərdarlıq edib.

Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək.

Leave a Reply