Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi meyyarlarında dəyişiklik edildi

Nazirlər Kabinetinin Qərarı ilə kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi meyyarlarında dəyişiklik edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Maliyyə Nazirliyinin “Mühasibat uçotu haqqında” Qanuna və Maliyyə Nazirliyi haqqında əsasnaməyə uyğun olaraq, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. 213 № li Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanıb.

Qərarda “Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”ndə inflyasiya göstəriciləri nəzərə alınmaqla dəyişiklik edilərək “illik gəlir” meyarı 180 milyon manatdan 200 milyon manata, “balansın yekun məbləği” meyarı isə 450 milyon manatdan 500 milyon manata qaldırılıb.

Leave a Reply