İranda təxminən 150 nəfərin olduğu on mərtəbəli ofis binası çöküb – VİDEO

Binaların sıx yerləşdiyi ərazidə axtarış işləri aparılır, ölənlər var. Hadisənin baş verməsinin səbəbi hələ ki məlum deyil.

TIME xarici mətbuata istinadən bildirir ki, hadisə Abadan şəhərində baş verib. Yaxınlıqdakı evlərdən insanlar təxliyə edilir. Hazırda hadisə nəticəsində 21 nəfərin yaralandığı, 5 nəfərin öldüyü məlum olub. Tasnim News telekanalı xəbər verir ki, xilasedicilər dağıntıları təmizləyirr.

Çökmə zamanı binada 150-yə yaxın insanın olduğu bildirilir. Ticarət və ofis mərkəzinin yerləşdiyi hündürmərtəbəli bina tikilməkdə idi. Ərazidə binaların sıx yerləşdiyinə görə çökmə nəticəsində digər mağazalara və yaşayış binalarına ziyan dəyib.

Hadisə yerindən çəkilən görüntülərdə binanın demək olar ki, yarısının dağıldığı görünür. Yerdə beton qalıqları, sınıq metal konstruksiyalar var. Uçan divar parçaları bir neçə avtomobili sıradan çıxarıb. Hadisə şahidlərinin sözlərinə görə, çökmə anında güclü silkələnmə başlayıb. Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər, həmçinin bir neçə avtomobil və təcili tibbi yardım avtobusu işləyir. Zərərçəkənlərin təxliyəsi üçün səlahiyyətlilər 50 xilasetmə qrupu və bir helikopter təmin edəcək. Hadisənin səbəbi hələlik məlum deyil.

Leave a Reply