“Royal Windsor Horse Show”da Azərbaycan “Odlar Yurdu” xüsusi proqramını təqdim edəcək

Bu gün Londonda Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu başlayır Böyük Britaniyanın Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası İİ Yelizavetanın şəxsən iştirakı ilə keçirilən bu şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılır.

TIME Trend-ə istinadən bildirir ki, bu il Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan “Royal Windsor Horse Show” tədbirdə təmsilçilərimiz tərəfindən “Odlar Yurdu” adlı xüsusi proqram təqdim olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əməkdar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 süvarisi tərəfindən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nümayiş etdiriləcək, Azərbaycan Respublikasının əməkdar artisti, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” ansamblı tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək.

12-15 may tarixlərində təşkil olunacaq şouda Azərbaycan nümayəndələrinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub.

Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Ənənəvi olaraq böyük tamaşaçı marağına səbəb olan Kral Atçılıq tədbirləri Britaniyanın və aparıcı dünya dövlətlərinin TV və mediaları tərəfindən geniş işıqlandırılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma