DİM vakansiya elan edilib

Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən tələblərə uyğun olmalıdırlar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin İnformasiya texnologiyaları şöbəsində  aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.

Namizəd ali təhsilli olmalıdır. MSSQL Server 2008-2019 verilənlər bazasının administrasiyası sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.

Qulluq funksiyaları:

– Verilənlər bazasına mütəmadi xidmətin göstərilməsi;

– Verilənlər bazası serverlərinin monitorinqinin təmin edilməsi və aparılması;

– Verilənlər bazasının təhlükəsizliyi siyasətinin idarə edilməsi;

– Məhsuldarlığa nəzarət, verilənlər bazasının ayarlarının optimallaşdırılması;

– Sorğuların optimallaşdırılması üzrə proqram müəllifləri ilə qarşılıqlı əlaqə (məhsuldarlıq, statistika, indekslər və jurnalların təhlili);

– Verilənlər bazasının işində baş verən xətaların təhlili və aradan qaldırılması, kilidlərin operativ təhlili;

– Verilənlər bazalarında yüksək əlçatanlıq və məhsuldarlığın təmin edilməsi (Always On);

– Verilənlər bazasının ehtiyat nüsxələrinin yaradılması və bərpası sistemlərinin istismarı.

Dil biliklərinə dair tələblər:

  • ingilis dili orta səviyyədə
  • rus dili orta səviyyədə

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz CV formasını mövzu bölməsində “ İşə qəbul ” qeyd olunmaqla k.sheykhov@dim.gov.az elektron poçt ünvanına 31 may 2022-ci il tarixədək göndərə bilərlər.

Qeyd: MSSQL Server 2008-2019 verilənlər bazasının administrasiyası üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma