ƏMAS-a keçidlə bağlı “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7-9 may tarixlərində məhdudlaşdırılacaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.
“Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.
Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması,
onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən
olmaqla e-qaydada həyata keçiriləcək.