İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyə yeni anlayış əlavə edilir

Azərbaycan qanunvericiliyinə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir.

TIME bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında birinci oxnuşda müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunadəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, qanuna yeni fəsil əlavə edilir. Layihədə kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən olunur.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Leave a Reply