Alla Bayramova yubileyini qeyd edir

28 aprel tarixində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir müavini Sevda Məmmədəliyeva A.Bayramovanı doğum günü münasibətilə təbrik edərək onun muzey işi və musiqi mədəniyyəti sahəsində xüsusi xidmətlərini qeyd edib və ona ən xoş arzularını çatdırıb.

Daha sonra nazir müavini 65 illik yubileyi, həmçinin uzunmüddətli və səmərəli iş fəaliyyəti ilə əlaqədar Mədəniyyət Nazirliyinin fəxri fərmanını Alla Bayramovaya təqdim edib.

Leave a Reply