“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Proqramlaşdırma üzrə müsabiqənin gənc qalibləri Azercell Plazada təltif edildi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aprel ayının 27-si “Azercell Telekom” MMC və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən “AZERCELL CUP” müsabiqəsinin qalibləri ilə görüş keçirildi. 300-dən çox 5-7-ci sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək birinci, ikinci və üçüncü
yeri qazanan 21 iştirakçı lider mobil operator tərəfindən sertifikatlar və dəyərli hədiyyələr ilə təltif edildi.

Mükafatlandırma mərasimi “Azercell Telekom” MMC-nin rəhbər heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmilərinin iştirakı ilə baş tutdu.

Tədbirin açılışını edən Azercell-in Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya
qalibləri təbrik edərək gənclərin elmi potensialının aşkar edilməsinə və inkişafına
yönələn bu təşəbbüsün Azercell üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “İKT
müasir həyatın bütün aspektlərini əhatə edir, həm insanlar, həm də cihazlar arasında
qarşılıqlı fəaliyyət, ünsiyyət, informasiya əldə etmək üçün yeni, daha sürətli yollar
təqdim edir. İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi, rəqəmsal texnologiyalara,
informatika elminə maraq göstərən, alqoritmik düşünmə qabiliyyəti ilə fərqlənən şagird
və tələbələrin inkişaf etdirilməsi Azercell-in sosial məsuliyyət strategiyasının vacib
istiqamətlərindəndir. 2017-ci ildən etibarən Azercell Təhsil Nazirliyi və İnformatika üzrə
Milli Olimpiada komandasının məğrur tərəfdaşı qismində məktəblilərimizin müxtəlif
miqyaslı beynəlxalq olimpiada və müsabiqələrə hazırlıq prosesinə dəstək olur.

Şagirdlərimizlə qürur duyur, onlara topladıqları bilikləri uğurla nümayiş etdirməyi arzu
edirik!”.

Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə
uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə
ediblər.

Ümumi təhsilin təşkili və idarəolunması sektorunun rəhbəri Fuad Qarayev  bu layihənin
gerçəkləşməsinə göstərdiyi dəstək üçün Azercell şirkətinə öz təşəkkürünü bildirərək
ümumtəhsil müəssisələrində dövlət və özəl əməkdaşlığının əhəmiyyətini vurğuladı.
Tədbirin rəsmi hissəsindən sonra Azercell Plazada şagirdlər üçün ekskursiya proqramı
da təşkil edildi. Məktəblilər şirkətin ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub,
onları maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanladılar.

Xatırladaq ki, ötən ilin iyun ayında start verilən “AZERCELL CUP” proqramlaşdırma
üzrə iki mərhələli müsabiqə lider mobil operatorun 25 illik yubileyinə həsr olunmuşdur.
ADA universitetində baş tutan final turunda 5 alqoritmik məsələnin həlli üçün 3 saat vaxt
təqdim edilmişdir. Nəticədə 4 şagird birinci, 7 şagird ikinci və 10 şagird isə üçüncü yeri
qazanmış oldu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma