3 ay ərzində 1 milyona yaxın sorğu!

Fasiləsiz çalışan Azercell-in Əlaqə Mərkəzi müştəri məmnuniyyətini 93%-ə çatdırdı.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən “Azercell Telekom” MMC bu istiqamətdə fəaliyyətini davam etdirir.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən şirkətin yeni məqsədi rahat və innovativ həllər vasitəsilə abunəçilərin həyat keyfiyyətini yaxşılaşdırmağa fokuslanır.

Azercell müraciətlərin vaxtında və effektiv formada cavablandırılmasını, eləcə də müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını təmin edir.

Qeyd edək ki, müasir dövrün tələbatına uyğunlaşan və hətta bir addım öndə olaraq ən yeni tendensiyaları tətbiq edən Azercell rəqəmsal kanallar üzərindən göstərdiyi xidmət çeşidinin genişləndirilməsinə xüsusilə diqqət ayırır. Təkcə son 3 ay ərzində şirkətə onlayn kanallar vasitəsilə 250 000-dən çox müraciət daxil olub və bunlardan təxminən 38 000-i sosial şəbəkələrdən ünvanlandırılıb. Hazırda Azercell-in müştəri xidmətləri Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformalarında fəaliyyət göstərir.

“Azercell Telekom” MMC cari ilin birinci rübü ərzində Əlaqə Mərkəzinə daxil olan zənglərin statistikasını da açıqlayıb. Belə ki, ötən il Azercell-in Əlaqə Mərkəzinə 1 milyona yaxın zəng daxil olub və bu zənglərin 98%-i cavablandırılıb. Bu müraciətlərin təxminən 28 000 -i Azercell Premium dəstək xəttinə, 34 000-i isə Korporativ müştərilərə xidmət göstərən Telefon Mərkəzinə ünvanlandırılıb. Şirkətin Əlaqə Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 93%-dən çox təşkil edib.

Ümumilikdə Telefon Mərkəzinə daxil olmuş müraciətlərin ortalama cavablanma müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Müraciətlərin məzmununa gəlincə, fərqli kanallar vasitəsilə daxil olan sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara aid məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.

Qeyd edək ki, istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” tətbiqi də abunəçi sorğularının həlli istiqamətində atılmış ən böyük addımlardan biridir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və xidmətlərə qoşulmaq da mümkündür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma