Şərab məhsullarının fiziki-kimyəvi və toksikoloji sınaqlarının vacibliyi vurğulanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yerli şərab istehsalçıları və ixracatçıları ilə onlayn formatda görüş keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli ölkədə şərab istehsalı və ixracatı sahəsində görülən işlər, iqtisadiyyatın diversifikasiyası, o cümlədən qeyri-neft sektorunun inkişafında xüsusi yer tutan bu istiqamətə verilən dövlət dəstəyi və bununla bağlı həyata keçirilən tədbirlər – özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait barədə iştirakçılara məlumat verib.

Həmçinin daxili istehlak bazarının tələbatının ödənilməsi ilə yanaşı, şərab istehsalı sahəsində ixrac imkanları və potensialının artırılması, müəssisələrin fəaliyyətinin müasir texnologiyalar əsasında qurularaq daha da genişləndirilməsinin vacibliyi bildirilib.

Təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini diqqətə çatdıran Agentlik sədri şərab məhsullarının fiziki-kimyəvi və toksikoloji sınaqları, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə təsir edən amillər, orqanoleptik müayinə parametrlərinin düzgün şəkildə müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri görülən işlər və bu sahənin inkişafına verdiyi dəstək üçün AQTA-ya təşəkkürlərini ifadə ediblər.

Görüşdə sahibkarları maraqlandıran məsələlər dinlənilib, milli şərab istehsalı sahəsinin inkişafına mane olan səbəblərin tamamilə aradan qaldırılması, o cümlədən, qanunsuz olaraq gizli sexlərdə saxta içki istehsalı istiqamətində görülən tədbirlərin davam etdirilməsinin əhəmiyyəti önə çəkilib.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam etdirilən görüşdə verilən təklif və rəylərin nəzərə alınacağı bildirilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma