Qumar oyunları keçirilməsi hansı məsuliyyətə səbəb olur? – VİDEO

Prokurorluq orqanları tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq müxtəlif həştəqlər altında ictimaiyyətə təqdim olunur. Növbəti mövzu qumar oyunlarıdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru Nigar Qələndərli son zamanlar aktuallığı ilə seçilən “Qumar oyunları keçirilməsi hansı məsuliyyətə səbəb olur?” sualını cavablandırıb. Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.

Leave a Reply