Pirallahı Sənaye Parkında yeni rezident

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident – “Medtest” MMC qeydiyyata alınıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

“Medtest” MMC tərəfindən Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək. 20 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulan layihənin investisiya dəyəri 2,75 milyon manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.

İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma