Vəfat edən işçinin vərəsələrinə ödənilən müavinətdən gəlir vergisi hesablanırmı?

Azərbaycan İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidməti növbəti maarifləndirici video çarxı hazırlayaraq ictimaiyyətə təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, video çarxın mövzusu “Vəfat edən işçinin vərəsələrinə ödənilən müavinətdən gəlir vergisinin hesablanıb hesablanmadığı ilə bağlı sualın cavabıdır.

Belə ki, Vergi Xidməti işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad olduğunu rəsmi olaraq qeyd edib.

Leave a Reply