Xarici diplom haqqında məlumatlar elektron hökumət portalına inteqrasiya olunub

Vətəndaşların xaricdə aldıqları təhsili təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, portalda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) mərhələsini keçmiş xarici diplomlar haqqında məlumatlar əks olunur.

Bununla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları üçün nəzərdə tutulan arayış “myGov” portalında istifadəyə verilib. Hər iki xidməti vətəndaşlar “Bütün xidmətlər” bölməsində, habelə “Qurumlar üzrə” Təhsil Nazirliyi tərəfindən təqdim edilən xidmətlər bölməsində əldə edə bilərlər.

“myGov” vətəndaşlara bütün şəxsi məlumatlarını bir arada təqdim edərək rəqəmsal portfel rolunu oynayır. Hər bir vətəndaş “myGov”da “ASAN Login” üzərindən cəmi bir dəfə qeydiyyatdan keçməklə, öz şəxsi kabinetini yarada bilir. Şəxsi kabinetdə ailə tərkibi, iş yeri, diplomlar, cərimələr, yaşayış yeri, etibarnamələr, tələbə-məzun məlumatları, hərbi məlumatlar, daşınmaz əmlak məlumatları və digər şəxsi məlumatlar yer alır.

Qeyd edək ki, “myGov”a “COVID-19” vaksin, immunitet və əks-göstəriş sertifikatları inteqrasiya olunub. Vətəndaşlar şəxsi kabinetlərində aidiyyatı QR kodu “COVID-19” pasportu tələb olunan qurum və müəssisələrdə oxutdurmaqla rahat keçidlərini təmin edə bilirlər.

“myGov”da sənədlərin son etibarlılıq tarixi və digər mövzularda vətəndaşlara 21 növ bildiriş göndərilir ki, bu da vətəndaşları sənədlərin vaxtının bitməsi haqqında əvvəlcədən məlumatlandırır, vaxtı bitmiş sənədlərlə bağlı xoşagəlməz hadisələrin qarşısını alır.

2021-ci ildə portalın mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdaki linklər vasitəsilə keçid edərək yükləyib, istifadə edə bilərlər:

• “Android”: https://play.google.com/store/apps/details?id=az.gov.my

• “iOS”: https://apps.apple.com/az/app/mygov/id1533956540

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma