Mikayıl Cabbarov: “Qeyri-neft sektorunda daxilolmalar 48,9% artıb”

Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu il qeyri-neft sektorunda əldə edilmiş nailiyyətlər ilə bağlı paylaşım edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir Twitter hesabında qeyri-neft sektorunda daxilolmaların 48,9% artdığını qeyd edib.

“Qeyri-neft sektoru üzrə daxilolmalar 48,9% artaraq 2 milyard 249.381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib. 2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802.191,1 min manat təşkil edib və proqnoz 123,8% səviyyəsində icra olunub”, – nazir tvitində yazıb.

https://platform.twitter.com/widgets.js

Leave a Reply