Sarıkökün faydaları

Sarıkök (Curcuma longa L.) Asiya ölkələrində geniş istifadə olunan, “hind zəfəranı”, “sarı rəng”, “zəfəran kökü”, “sarı çöp” kimi adlandırılan, Zingiberaceae (zəncəfillər) fəsiləsinə aid çoxillik, sarı çiçəkli, iri yarpaqlı ot bitkisidir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sarıkök antioksidant tərkibi ilə yanaşı, kurkuminlə zəngin ədviyyat növüdür. Kurkumin sarıkök bitkisinin köklərindən əldə edilən sarı bir komponentdir, suda həll olmayan, işığa həssas, hidrofob və tautomer birləşmədir. Polifenolik birləşmə olan sarıkökün acı dadı var.

Sarıkök soyuqdəymə, öskürək, sinuzit, revmatik xəstəliklər və dəri xəstəliklərində istifadə edildiyi üçün hind təbabətində mühüm əhəmiyyətli bitki hesab olunur. Məhz bu səbəbdən Hindistanda və Çində sarıkök çox becərilir. Qan təmizləyici, eləcə də dəri yumşaldıcı xüsusiyyətə malik olduğu üçün sarıkökdən dəri xəstəliklərinin müalicəsində tətbiq edilən kremlərin və hamam sabunlarının istehsalında, kəsik və yaraların ev şəraitində müalicəsində istifadə olunur.

Eyni zamanda kurkumin leykoz, mədə-bağırsaq sistemi, ağciyər, sidik-cinsiyyət orqanları, yumurtalıq, döş xərçəngi xəstəliklərinin qarşısının alınmasında profilaktik xüsusiyyətlərə malikdir. Sarıkökün antioksidant və iltihab əleyhinə malik xüsusiyyətləri Alzheimer xəstəliyi, kataraktanın əmələ gəlməsi, dağınıq skleroz, qaraciyərin zədələnməsi, infarkt, insult və bir çox xəstəliklərinin qarşısının alınmasında mühüm rola malikdir.

Ənənəvi təbabətdə geniş istifadə olunan kurkumin bir çox  məqsədlər üçün istifadə edilir. Son 30-40 ildə kurkumin haqqında çoxlu elmi araşdırmalar aparılıb, xüsusilə onun iltihab və xərçəng əleyhinə təsirləri vurğulanıb. Hal-hazırda xərçəng xəstəlikləri ilə mübarizədə, kimyaterapiyada kurkumindən anti xərçəng maddə olaraq  istifadə maraq doğurur. Bu maddə xərçəngin bütün mərhələlərində, kanserogenezdə, metastaz prosesində iştirak edən hüceyrələri inhibə etmək qabiliyyətinə malikdir.

Kurkuminin antioksidant xüsusiyyəti toxuma hüceyrələrini toxumada əmələ gələn və DNT-yə zərər verə bilən sərbəst radikallardan qorumaq üçün imkan yaradır. Xərçəng hüceyrələrinin əmələ gəlməsinin səbəblərindən biri toxuma hüceyrələrində DNT-nin mutasiyasıdır. Bu komponent bədəndəki mutasiyaya uğramış xərçəng hüceyrələrini məhv edir və onların bədənə yayılması və daha çox zədələnməsinin qarşısını alır.

Tədqiqatlar göstərir ki, kurkumin bir çox müxtəlif xərçəng növlərinin müalicəsində istifadə edilə bilər. 65-dən çox klinik araşdırma  nəticəsində müəyyən edilib ki, kurkumin xərçəng xəstələrinin istifadəsi üçün təhlükəsiz və təsirlidir. Təkbaşına kurkumin istifadəsinin xərçəng xəstələrinə təsirli olduğunu ifadə etməklə yanaşı, müxtəlif xərçəng əleyhinə birləşmələrlə birlikdə çox müsbət nəticələrin  alındığı da görülüb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma