Vergi bəyannamələrini vaxtında təqdim etməyənlər cərimələnəcək

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, xəbərdarlıq vergi bəyannamələrinin vaxtında təqdim edilməsi ilə bağlıdır.

“Hörmətli vergi ödəyicisi! 2022-ci ilin mart ayı üzrə Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi və Mədən vergisi bəyannamələri 20 aprel 2022-ci il tarixdən gec olmayaraq təqdim olunmalıdır. Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”, – deyə nazirliyin rəsmi məlumatında qeyd edilib.

Əlavə məlumatı Verqi xidmətinin Qaynar xəttinin əlaqə telefonu 195 zəng edərək ala bilərsiniz.

Leave a Reply