Azərbaycanla İsrail arasında “Birgə Bəyannamə” imzalanıb

Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov İsrail Dövlətinin turizm naziri Yoel Razvazovu qəbul edib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən gənclər və idman istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Fərid Qayıbov qonağa Azərbaycan idmanında son illər görülən işlər və əldə olunan uğurlar barədə məlumat verərək bildirib ki, bu sahədə əməkdaşlıq, xüsusən də, birgə təlim-məşqlər hər iki tərəf üçün faydalı ola bilər. Qeyd olunub ki, Azərbaycanla İsrail arasında mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə ehtiyac var.

Sonda iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında “Birgə Bəyannamə” imzalanıb. Sənədi Azərbaycan tərəfindən gənclər və idman naziri Fərid Qayıbov, İsrail tərəfindən isə turizm naziri Yoel Razvazov imzalayıblar.

Leave a Reply