Qida Təhlükəsizliyi izlənəbilərlilik sistemi ilə təmin ediləcək

Müasir dünyada qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri üçün öz obyektlərində HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqi zərurətə çevrilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qida təhlükəsizliyinin təmin edilməsinə yönələn bu sistem bütün mümkün təhlükə və risklərin qiymətləndirilib, nəzarətə götürülməsi və qida mənşəli xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir.

Bu barədə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən tədris olunan növbəti onlayn təlimdə məlumat verilib. AQTİ, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə reallaşan budəfəki təlim “Qidalanmanın təşkilinə dair tələblər” mövzusunda keçirilib.

Təlimdə mövzuya dair təqdimatla yanaşı, iştirakçılara qida təhlükəsizliyi məfhumu, qida məhsullarının çirklənmələri, fiziki, mikrobioloji, kimyəvi və çarpaz çirklənmələr, allergenlər, temperatur amili, zərərvericilər və onlara qarşı mübarizə, həşəratlara və gəmiricilərə qarşı mübarizə avadanlıqları və preparatlarından danışılıb.

Həmçinin “Qida təhlükəsizliyi” haqqında qanunvericilikdən söz açılıb, nəzarət tədbirləri, konservləşdirmə, dağıntı dəsti, təbii müayinələrin izlənilməsi qaydası, əllərin yuyulması qaydası, “Codex Alimentarius”, izlənəbilərlilik sisteminin təmini, meyvə və tərəvəzin dezinfeksiyası, istehsalat korluğu və s. istiqamətlər haqqında məlumat verilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma