Xocalı rayonunun Fərrux kəndində daha bir neçə azərbaycanlının qalıqları aşkarlanıb

Kəndin ətrafında ayrı-ayrı yerlərdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

Martın 29-da Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən kütləvi məzarlıq izləri üzə çıxıb.

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı məlumatlara əsasən, aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olması ehtimalı olduqca böyükdür.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.

Leave a Reply