Bildirçin ətinin insana nə faydası var?

Bildirçin Şərq təbabətində uzun müddət xəstəliklərin müalicəsində istifadə olunub, hazırda da spesifik dadına görə “delikates” qida məhsulu kateqoriyasına aid edilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikasında bu dəfə bildirçin ətinin tərkibi və faydaları haqqında məlumat verilib.

Dietik qida məhsulu hesab edilən bildirçin əti qəhvəyi çalarlı, yumşaq konsistensiyalı və şirəlidir.  Ətin qəhvəyi çalarlı olması tərkibində dəmir birləşmələrinin çoxluğu ilə əlaqələndirilir. Toyuq əti ilə müqayisədə yüksək enerji dəyərinə malik olan 100 qram bildirçin ətinin enerji dəyəri 229 kkal təşkil edir. Bu ətin 25-27%-i quru maddə, 21-22% – i zülal və 2,5-4,0% – i yağlardan ibarətdir.

Bildirçinin zəngin protein tərkibi demək olar ki, əvəzolunmaz aminturşu dəstini özündə cəmləşdirir. Doymuş yağ turşularının (laurin, miristin, pentadekan, palmitin, stearin və b.)  miqdarı digər quş əti növləri ilə müqayisədə daha azdır. Mono və polidoymamış yağ turşularından olein (C18:1), linol (C18:2), linolen (C18:3) və araxidon (C20:4) turşusuna rast gəlinir.

Orqanizmdə hormonal və endokrin sisteminin modulyatoru kimi əhəmiyyət kəsb edən araxidon turşusunun miqdarı digər quş əti növləri ilə müqayisədə bildirçin ətində  üstünlük təşkil edir. Toyuq, hind quşu, qaz və ördək ətləri ilə müqayisədə bildirçin makro ( Na, K, Ca, P, S, Fe və s.) və mikroelementlər, o cümlədən A, B1, B2, PP, D, E vitaminləri ilə zəngindir.   

Bildirçinin başlıca faydalarına gəlincə, mərkəzi sinir sistemi və ürək fəaliyyətinə müsbət təsir göstərən kalium ehtiva edir, tərkibində olan biokalsium və biofosfor orqanizmdə sümükləri möhkəmləndirir və yaşlılarda osteoporozun qarşısını alır.

Bundan əlavə, dəmirlə zəngin olduğu üçün qanazlığına qarşı mübarizədə, o cümlədən qanda hemoqlobinin miqdarının tənzimlənməsində əhəmiyyətlidir, maddələr mübadiləsinin normallaşması üçün zəruri olan kükürd və fosfor kimi elementlərin mənbəyidir.

Tərkibində olan PP vitamini qanın mikrosirkulyasiyasının tənzimlənməsində iştirak edir, D vitamini ilə zəngin olması raxit rəstəliyinin qarşısının alınmasında spesifik qida növü kimi əhəmiyyətini artırır. E vitamini ilə zəngin olduğundan erkən qocalmanın qarşısını alır, eyni zamanda  dəri hüceyrələrinin bərpasında stimullaşdırıcı təsir göstərir. A vitamininin hesabına isə göz xəstəliklərinin müalicəsi və profilaktikasında əhəmiyyətlidir, mədə-bağırsaq traktı, ürək-damar, tənəffüs sistemi və qaraciyər xəstəliklərinin müalicəsində müsbət rol oynayır.

Bildirçin əti də sanitar-gigiyenik qaydalar çərçivəsində tədarük və istehlak olunmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma