Martın 16-da saat 12:00-da Nizami Kino Mərkəzində mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçiriləcək.
TIME Trend-ə istinadən bildirir ki, mərasimdən sonra R.İbrahimbəyov Birinci Fəxri xiyabanda, öz qardaşı, görkəmli yazıçı və kinorejissor Maqsud İbrahimbəyovun məzarının yaxınlığında dəfn ediləcək.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada vəfat edib və martın 13-də onunla Moskvada vida mərasimi keçirilib.