Şamaxı və İsmayıllının turizm fəaliyyət planı müzakirə olunub

Azərbaycan Turizm Bürosunun Şamaxı və İsmayıllı destinasiyaları ilə bağlı hazırladığı fəaliyyət planı həmin rayonların turizm sənayesi nümayəndələri ilə müzakirə edilib.

Görüş zamanı ATB nümayəndələri tərəfindən müvafiq turizm sənayesi tərəfdaşlarının bu planda qeyd edilən fəaliyyətlərlə bağlı tövsiyələri və təklifləri dinlənilib.

Görüş çərçivəsində istirahət mərkəzi, hotel, restoran və qonaq evlərini təmsil edən turizm sənayesi nümayəndələri tərəfindən turistlərin qarşılaşdıqları çətinliklər və mövcud çatışmazlıqlar səsləndirilib.

Qeyd edək ki, regional turizm sənayesi nümayəndələri ilə aparılan müzakirələrin əsas məqsədi mövcud çatışmazlıqların aradan qaldırılması, turizm xidmətlərinin çeşid və sayının artırılması, fəaliyyət planına uyğun olaraq hədəf bazarların təyin olunması, eləcə də bu bazarlara uyğun marketinq strategiyalarının hazırlanmasıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma