Azərbaycanla ABŞ arasında iqtisadi tərəfdaşlıq inkişaf edir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə iqtisadiyyat naziri ABŞ ilə iqtisadi tərəfdaşlığın inkişaf etdiyini qeyd edib. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini vurğulayan nazir Azərbaycanın ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, regional təhlükəsizlik və əməkdaşlıq, iqlim dəyişikliyi, enerji, su və ərzaq təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlıq imkanlarını vurğulayıb.

Nazir bildirib ki, pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir və bu məqsədlə institusional islahatların həyata keçirilməsini tələb edən hədəflər müəyyənləşdirilib.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti qurumla tərəfdaşlığın istiqamətləri barədə fikirlərini bildirib, ABŞ-nin işgüzar dairələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka maraq göstərdiklərini diqqətə çatdırıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Xəzər Siyasət Mərkəzinin nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfəri nəzərdə tutulur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma