SAT imtahanı iştirakçıları nəyi nəzərə almalıdırlar?

Martın 12-də keçiriləcək SAT imtahanı Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, SAT imtahanı 2022-ci il martın 12-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıdakı tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1.    Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;

2.    Buraxılış vərəqəsi – “Admission Ticket”;

3.    İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə*.

* İştirakçılar “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edir və imzalı şəkildə gətirməlidirlər.

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma