Azeri Light markalı neftin qiyməti son bir ayda 27,4% artıb

Azərbaycanın Azeri Light markalı neftinin qiyməti son bir ayda 27,4% artaraq 1 barrel üçün 132,71 dollar təşkil edib.

TIME Oilprice-ın reytinginə istinadən bildirir ki, Azeri Light markalı neftin qiyməti son bir ayda 96,32 dollardan 132,71 dollaradək artıb. Martın 4-dən 8-dək olan müddətdə 12% qiymət artımı qeydə alınıb.

Yanvarın 21-ə olan məlumata əsasən Azeri Light markalı neftin qiyməti hazırda 91,14 dollar təşkil edir. Dekabr ayı ilə müqayisədə Azeri Light-ın qiyməti 14% artıb.

Azərbaycan nefti qiymətə görə hazırda Malayziyanın Tapis markalı (132,87 dollar) və İndoneziyanın Duri markalı (132,78 dollar) neftindən sonra dünya üzrə üçüncü yerdədir.

Leave a Reply