Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xidmət mərkəzləri bayram günlərində iş saatları barədə açıqlama yayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Bununla əlaqədar, 7 mart 2022-ci il tarixinə vergi ödəyicilərinə xidmət mərkəzlərində əvvəlcədən tutulmuş və ya tutulacaq onlayn növbələr 5 mart 2022-ci il tarixində eyni saatda qüvvədə olacaq.