Ukraynadan Azərbaycana quru yolla hansı ölkənin ərazisindən gəlmək olar?

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarının Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə Türkiyə Respublikasına getmək imkanı barədə məlumat yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ukraynadakı vəziyyətlə əlaqədar, həmin ölkəni qonşu ölkərə keçməklə tərk etmiş Azərbaycan Respublikası vətəndaşları Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə Türkiyə Respublikasına gedə bilər.

– Diqqət! Ukraynanı quru sərhəddi ilə qonşu ölkələrə keçməklə tərk etmiş vətəndaşlarımız Rumıniya ilə Bolqarıstan arasındakı bütün sərhəd-keçid mətəqələri vasitəsilə Bolqarıstan Respublikasına, oradan isə Türkiyə Respublikasının ərazisinə keçməklə Azərbaycana səfər edə bilərlər.

– Bolqarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv etmişdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.

– Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

– Yaranmış suallarla bağlı vətəndaşlarımız müvafiq olaraq aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərlər:

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi:

Telefon: +407 487 77744, +407 409 90079

Elektron poçt: bucharest@mission.mfa.gov

Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi:

Telefon: +359895002732

Elektron poçt: sofia@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı (Ankara şəhəri) Səfirliyi:

Telefon: +905550310007

Elektron poçt: ankara@mission.mfa.gov.az

Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu

Telefon: +905441040111

Elektron poçt: istanbul@mission.mfa.gov.az

Bildiyniz kimi, bundan öncə verdiyimiz məlumata əsasən, vətəndaşlarımız Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Ruminiya istiqamətlərində tərk edə bilərlər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşların diqqətinə təqdim ediləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma